
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
"Belə bir şey olsa, stadionun 99%-nin əlində biçarə qalarlar"
Premyer Liqanın X turunun "Bakı" ilə səfər oyununda etdiyi kobud səhvə görə, "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev cəzalandırıldı. O, rəhbərliyin qərarı ilə kapitan sarğısından məhrum edildi. Bundan əlavə, qolkiperin əvəzedici heyətə göndərilməsi ilə bağlı xəbərlər yayıldı. Ancaq rəhbərlik məlumatı inkar etdi.
Daha sonra komandanın baş məşqçisi Mirça Rednik verdiyi qərara münasibət bildirərək, əslində bunun neçə vaxtdı davam edən prosesin kuliminasiya nöqtəsi olduğunu dedi. Rumın çalışdırıcı boş-boş danışan yox, məşqi yarıda qoyub acıq etməyən, komandanı arxasınca aparan kapitanın lazımlığını vurğuladı.
Rednikin bu qərarını dəstəkləyənlər də oldu, Kamranın müdafiəsinə qalxıb baş məşqçini istefa ilə hədələyənlər də.
Məsələ ilə bağlı "Xəzər Lənkəran"ın fan klublarına müraciət etdik. Onlardan Mirça Rednikin verdiyi qərara münasibətlərini öyrəndik.
"12-ci oyunçu", İslam Cabbarlı: "Mirça Rednikin klub rəhbərliyi ilə birgə verdiyi qərarı dəstəkləyirik. Yaxşı ki, ancaq kapitan sarığısı əlindən alındı, artıq cəza tətbiq olunmadı. "Xəzər Lənkəran" rəhbərliyi bunu sivil qaydada etdi. Tam normal bir qərardı. Buna qarşı çıxmaq özü anormallıq olardı. O ki qaldı Redniki istefaya səsləmək, məncə bu baş verməyəcək. Əgər belə bir şey olsa, stadionun 99%-nin əlində biçarə qalarlar. Komandanı turnir cədvəlində lider edən çalışdırıcıya qarşı bu cür hərəkət etmək düzgün deyil. Kimsə istefa qışqırsa, azarkeşlər tərəfindən qarşısı alınacaq".
"Fırtına" fan klubu, Rəvan Bəşirov: "Fan klubumuz bu qərarı tamamilə haqlı sayır. Düzdü, Kamran bizim sevimli oyunçumuzdu, güclü qolkiperdi. Buna baxmayaraq, komandanın səhv və ya doğru qərar verən baş məşqçisi var. Bu, müzakirə olunmazdı. O da klub və azarkeşlər qarşısında məsuliyyət daşıyır. İndiyə qədər bir neçə məşqçi olub ki, bəyənməmişik. Hətta eləsi var idi ki, ona piş şəkildə kəskin reaksiya vermişik. Bu günə kimi ən çox dəstəklədiyimiz məhz Mirça Rednikdi. O, "Xəzər Lənkəran"a sadiq bir insandı. Həm də etdiyi bütün işlərdən razıyıq. Oyunda da onu istefaya səsləmək qəti sürətdə olmayacaq. Biz bunun əleyhinəyik. Niyə? Səbəb nədi axı? Kamran olmasa, "Xəzər Lənkəran" olmayacaq?! Lazım gəlsə, başqa oyunçulara da cəza tətbiq edə bilər. Bilirsiz necədi, xarici futbolçuların psixologiyası bizimkilərdən fərqlidi. Onlara qarşı artıq hərəkət edəndə ruh düşkünlüyü yaranır. Bu da birbaşa komandanın oyunlarına və göstərdiyi nəticələrə pis təsir edir. Zəncirvari baxsaq, görün xırda bir məsələdən nələr baş verə bilər. Adi bir intizamsızlıq və ya anlaşılmazlıq çempionluq yolunda ciddi fəsadlar törədəcək. Ona görə də biz Rednikin arxasındayıq".
"Bosman" fan klubu, Mirhafiz Babayev: "Verilən cəza düzgündü. Biz Kamranla düşmən deyilik. Onu yaxşı oyunçu olduğuna görə, Azərbaycanda az-az yetişən güclü qapıçı kimi dəyərləndiririk. Ancaq gərək belə hərəkətlərə yol verməsin. Çünki bunlar onu uçuruma aparır. Özünə qiymət qoymalıdı. "Ulduz xəstəliyi" onun karyerasına çox mənfi təsir göstərə bilər. Ona görə də işinə peşəkarcasına yanaşmalıdı. Kamran bu cəzadan dərs çıxarmalıdı. Mirça Rednikin qərarını dəstəkləyirik. Komandanı lider edən baş məşqçidən hansı məntiqlə narazı ola bilərik? "Xəzər Lənkəran" meydanda sözünü deyir, azarkeşlər də bundan çox razıdı. Onun istefaya çağırılmasına imkan vermərik.
"Caspian Ultras" fan klubu, Tural Əlizadə: "Kamranın cəzalandırılması ilə tam olaraq razılaşmırıq. Hazırda o, psixoloji baxımdan çox yüklənib. İstəməzdik ki, belə olsun. Daha tez toparlanmağını gözləyirik. Mirça Rednikin rəhbərliklə birgə verdiyi qərara hörmətlə yanaşırıq. Onu istefaya səsləmək düzgün deyil. Əgər stadionda belə bir şey baş versə, narazılığımızı bildirəcəyik".
Asəf ZEYNALLI
Fanklublarınn nəzərinə çatdırımkı siz bir ad altında belı birləşə bilmirsiz.Hərəniz bir əcnəbi ad seçib tanış bilişinizi ora yığıb fanat olduğunuzu düşünürsüz.Besdir fanklub ne bilim nə artıq bəsdir. Komandanıza azarkeş kimi xidmət edin. yoxsa plakart açaraq öz fanklubunuzu dəstəkləməyin. Klubunuzu dəstəkləyin. hərənizində bir idarə heyyətiniz nə bilim daha nə zadlarınız var. İndi siz qərar verin ya fanklub ya da klubunuz. BİRLƏŞİN
Mənim hörmətimi müzakirə eləmə ! Kimin nəyəsə etirazı və əsaslı sözü varsa Lənkəranın göbəyində 100 kişinin qabağında çıxsın üzbəüz mənimlə danışsın. Mən Talış balasıyam, sözüm dilimdə, işim göz qabağında, fikrim də hər kəsə məlum olub. Satmamışam, satılmamışam. Bunu da əsassız yerə iddia edən insan şərəfsizdir.
Bu revani yaman terifleyirsiz .. Kimdir ki bu ? Planlar cizib yaxhi pula sahib olmaq isteyen biri ...Alinmadi Bir dene onu dushune bilmedi ki ondan agilli insanlar var ...Lenkaranda bir kopuyluy hormeti qalmayib ...Besdirin agziniza geleni danishdiz ayibdir ...
qardaşlar Rednikin meşqciliyi haqqında burda hec kimin haqqı yoxdu müzakire aparsın.1-ci dövre bitib gedin turnir cedveline baxın liqanın en cox qelebe qazanan komandası Xezerdi.En az meglub olan komandası Xezerdi.En cox qol vuran averaj da da birincidi hele de Rednikden danışanlar vare..Ne edibse düz edib..evezolunmaz futbolcu yoxdu yoxdu Kamran gedirse yaxşı yol Rednik getse onnan yaxşısı gelecey?Bizimkilerden qoyacaglar birini ay nebilim komandaya hele öyreşmiyib onnan sora çempionlug falan da getdi..
unutmayin Lucesko getdi Turkiyeden Saxtyor tanitdi.indi gezirler onun kimi mesqki ucun.... pul eva gelmese usaq adamin uzune baxmaz.Rednikle isiniz olmasin dusmenler sevinmesin.insallah avropada da sozun deyer bizimle...
Elshen menim Revan Beshirovla munasibetim cox yaxshidi.sadece senin yazdiqlarivi sehv basha dushdum.ele bildim Revana nese diyirsen...yazdiqlarim da onu mudafie etmekcun idi...o haqsizliqi yada saldiqin ucun de sene teshekkur! :)
Ay Yalcin men Revab Beshirovu tehqir etmireme, onunla olunan haqsizligi yadiniza saldim. Gorurem sende "haqqi" demeknen Revanin yerine gedmek isteyenlerdesen. Onsuzda burda olanlarin ekseriyyetini futbol maraqlandirmir. Sadece kimlerinse xoshuna gelsin deye yazi yazirlar. Buna qedimde "Saray shairleri" deyirdiler. Indi ise ne deyirler deqiqleshdire bilmemishem. Her halda oxuyan ozu biler ne deyilir. Haminizdan xahishim budur ki, haqqi danmayain. Cunki haqq ALLAHA yaxin olmaq ucundur.
ay elsen sen bunlara fikir verme bunlar futboldan ne anlayirki.heqiqeten utmanmalidirlar.daha bilmirlerki rednik pula gore xezer rehberliyinen az qala muharibeye cixsin.
BU FANKLUBLAR LAP AQ EDIB.BAWA DUWE BILMIREM REDNIK NE YENILIK EDIBKI ONU CIXARIRLAR DAQ BAWINA.BU QEDER TRASVERI EN ZEYIF MEWQCILYE BELE VERSEN NETICE CIXARAR.QALDIKI XEZER HEMINKI XEZER DEYIL.REDNIKDE OZU GETIRDIYI OYUNCULARLA YOLA GEDIR.BES NIYE BAKININ VURDUQU 2 CI QOLA GORE EDERLE MUREWANA HECNE DEYEN OLMADI?PARKS ONLARIN IKISINIDE IT ELEDI VURDU EDERIN AYAQINA DEYIB VAROTAYA GETDI.BUNU DEYEN VARMI?BESTRIN YALTAQ YALTAQ DANIWDIZ.BU YALTAQLIQLA HARA KIMI GEDE BILERSIZ.NE QEDERKI AZERBAYCANLI UWAQLARLA YOLA GETMEYECEK?ONUNLA OLSAYDI KAMRANI QOVUB YERINE RUMUNIYADAN QAPICI GETIRIB 50-100 MIN QAZANARDI.NECEKI OBIRI TRASVERLERDEN KULLU MIQDARDA PUL QAZANIB.NE ISE SIZ YATAQLIQIVIZDA OLUN CUNKI SIZINKIMILERIN FUTBOLDAN NE ANLAYIWI VARKI.12 CI OYUNCU SAYTI BIR QALIB REDNIKI AZERBAYCANIN MILLI QEHREMANI ETSIN.CUNKI NESE UMUR ONA GORE.BU ADAMA PUL VER SENI NEQEDER ISTEYIRSEN TERIFLESIN.MEN XEZERI SEVIREM CUNKI LENKERANLIYAM VE BUNULADA FEXR EDIREM.REDNIK KIMILER HAMI PUL QAZANMAQ GELIB,BUNLAR HACANSA GEDECEK AMMA XEZER YENE BIZIMDIR
Elshen heqiqetden danishirsan ama cox heqiqetden xeberin yoxdu.Rednik komandada ne qerar verirsen duz verir.Bunun o yan bu yani yoxdu.qaldi ki Revana soz dimeyive O, fanklubun adindan bu musahibeni verib.ne yazibsa hamisi heqiqetdi !!!
FIRTINA Forever !
Vallah men ujey utaniramee sizin qerarlariniza. Xezer eyni zamanda hemde menim komandamdir. Amma bu esas vermirki, heqiqetleri danim sizi kimi. duz soz eger agziniza gelmirse hec olmasa danishmayindaa. Rehberlik ve Rednik ne vaxt duzgun qerarlar veribki indi de duzunu desinler? Belke Revan Beshirov qerarini da duzgun sayirsiz? Ayibdiye Vallah utanmasam mende sizi kimi danisharam