1
2
3
4
5
6
7
8
9
10
11
P.S.
RAMİN MUSAYEV: OYUNDAN ÖNCƏ HƏR İKİ KLUBUN RƏHBƏRLİYİ ZƏNG VURUB DEDİ Kİ... // "Bəlkə də çoxları bilmir, "Bakı" ilə "Xəzər Lənkəran" klublarının rəhbərləri..."
AZƏRBAYCAN PREMYER LİQASINDA NÖVBƏTİ LEGİONER QALMAQALI // "Sənədlər bizdədi, kimə istəyir müraciət ünvanlasın, lap Platiniyə zəng eləsin"
AVROPANIN ƏN BÖYÜYÜ - "ÇELSİ"!
Turnir cədvəli
# Komanda O Q H M T-F X
1 Neftçi 32 20 3 9 55-30 63
2 Xəzər L. 32 17 8 7 44-28 59
3 İnter 32 16 8 8 29-21 56
4 Qarabağ 32 15 8 9 37-28 53
5 Qəbələ 32 15 7 10 43-32 52
6 Bakı 32 15 5 12 42-36 50
7 AZAL 31 11 8 12 43-44 41
8 Rəvan 31 9 11 11 36-37 38
9 Kəpəz 31 9 5 17 35-54 32
10 Simurq 31 7 10 14 26-41 31
11 Turan 31 6 7 18 25-39 25
12 Sumqayıt 31 6 6 19 25-49 24
Bombardirlər
# Oyunçu Komanda Q
1 Bahodir Nasimov Neftçi 16
2 Tales Şütz AZAL 10
3 Yuri Fomenko Kəpəz 10
4 Flavinyo Neftçi 10
5 Zuheyr Benuahi AZAL 10
Arxiv
Həftənin xəbər hiti
Dost saytlar

Facebook
PRESSinq*
BÖYÜKAĞA HACIYEVİN  BÖYÜK "FƏRQİ"... (YAZI)
BÖYÜKAĞA HACIYEVİN  BÖYÜK "FƏRQİ"... (YAZI)
20.10.2011 23:05

Yaxud, Rednik Böyükağadan əl çəkdi, Böyükağa Rednikdən əl çəkmədi...

Böyükağa Hacıyev dinc qalmır, danışır, danışdıqca da zayını çıxardır. Neçə vaxtdı müsahibələrində, mətbuat konfranslarında, orda-burda danışır Mirça Rednik haqda. Əslində, danışmasına qadağa qoyulmasını arzulamıram. Ancaq niyə kiminsə haqda danışsın, işi yoxdu ki...?

Nəyəsə görə yazmırsan, nəyəsə görə boş verirsən, ancaq unudur ki, məhz elə yerli məşqçi olduğuna görə ona şəxsən mən bir yazar olaraq buraxdığı səhvləri güzəştə gedirəm əcnəbilərə nisbətən.

Yerini-yuvasını bilməmək adamı hədəfə doğru yaxınlaşdırır. Hacıyev hər addımında deyir Mirça Redniki, "Xəzər Lənkəran"ı yazmayın, adını çəkməyin yanımda. Mən ona göstərəcəm! Və s. və i.

Hacıyev, göstərənsizsə, göstərin, hələ bir şansınız qalıb - evdə "Xəzər Lənkəran"ı qəbul edəcəksiz, yenərsiz,  onda şəstlə, ağır gəlib batman gedən tərzdə fikirlərinizi deyərsiz mətbuata. Ancaq indiki halda 3 ildi "Xəzər Lənkəran"a qalib gələ bilməyən "Neftçi"ni çalışdırırsız və səfər qarşılaşmasında da uduzmusuz...

Yenə niyə danışırsız? Unutmayın, yenidən qurulmaq üçün çabalayan, "flaqman" adını özünə qaytarmağa çalışan "Neftçi"nin "sükanını" etibar ediblər sizə, əgər qeyri-ciddi, qalmaqal tipli açıqlamalarınızdan əl çəkməyəcəksizsə, bunu mən yazmasam da, başqa biri nə vaxtsa yazacaq və siz həssas dönəm keçirən, iflasdan sonra keçid dövrünü yaşayan "Neftçi"ni istər-istəməz lağlağı obyektinə çevirmiş olacaqsız...

Görmürsüzmü, həmkarınız Rednik deyir ki, mən onu tanımıram, haqqımda danışanda üzümə desin. Bəlkə bu normal təklifi qəbul edəsiz...

Müsahibənizdə demisiz ki, "Neftçi" "İnter"ə qarşı bütün komponentlərdə üstün idi... Oyunu canlı izlədiyimə görə sizin düz danışmadığınızı dəlillərlə isbat edə bilərəm. Ən azı, cinah hücumları məsələsində rəqibdən üstün olduğunuzu deməyiniz yalandı. Futbolu sizdən başqa bilənlər də var. Elə fikir bildirin ki, reallığı əks etdirsin. Cinah hücumları bir kənara, mərkəzdən hücumlar və müdafiə işində də Kaxaber Sxadadze öz komandasını sizinkindən yaxşı təlimatlandırmışdı.

Mümkünsə, "Neftçi"yə normal məşq keçin, zay-zay danışmayın. Özünə mütəxəssis deyən kəs bu qədər qeyri-ciddi olmaz. Görmüşdüzmü heç sizdən yazaq, tənqid edək? Deyirdik vaxt verək, özünü və komandasını yeni işində toparlasın. Ancaq siz elə edirsiz ki, elə aparırsız özünüzü, elə bil, hamı sizə təzim etməlidi. "Bakı" ilə son 8 turda qalib gəlib çempion olmağınızı bildik də, niyə hər dəfə gözlərimizin bəbəyinə qədər yeridirsiz bunu? Heç bu da birmənalı qarşılanmır.  "Bakı" rəsmilərinin bəzisi mətbuatda, "Böyükağa Hacıyev bunu öz uğuru saymasın" - demişdi. Nəysə...

Yazmaq istəmirdim, ancaq görürəm yazılmalıdı. "İnter"lə oyundan sonra verdiyim, "Neftçi"ni çempion edəcəyinizi söz vermişdiz "Qəbələ"ylə matçdan sonrakı mətbuat konfransında, bu gün uduzduz və "Xəzər Lənkəran" qalib gəlsə (Qələbə qazanmışdı -red.), yenidən aranızdakı xal fərqi 7-ə yüksələcək, çətinləşibmi durum" - sualıma cavabınızda situasiyanı izah etməkdənsə, əsəbi tonda Rednik haqda danışmağa başladız. Yıxdız-sürüdüz, sonra dediz ki, mən demişdim Rednik belə yaxşı məşqçidisə, özünü avroliqada göstərsin. Elə sizə konfransdaca xatırladanda ki, "Böyükağa müəllim, niyə Avroliqadan danışırsız, unutmusuzmu, elə böyrünüzdə əyləşən Sxadadzenin o vaxt çalışdırdığı kənd komandası "Sioni"yə (Gürcüstan) məğlub olub Çempionlar Liqasında mübarizəni dayandırmışdız..." - nə oldu, niyə susduz? Niyə bir neçə saniyədən sonra, "Futbol səhvlər oyunudu" demək məcburiyyətində qaldız? Sözünüz bitmişdi?

Yaxşı olar ki daha həmkarlarınızı aşağılayacaq açıqlamalar verməkdənsə, "Neftçi"ni gücləndirəsiz. Gücləndirin deyəndə ki, sizdən qat-qat təcrübəsiz sayılacaq Arif Əsədov bu heyəti çempion eləməmişdimi. Buyurun... Göstərin məharətinizi, görək!

Bilirsiz, danışanda düşünüb danışmaq lazımdı. Danışdığınızı mətbuata, jurnalistə deyirsizsə, lap diqqətli olmaq lazımdı, hörmətsizlik bağışlanmaz. Neçənci dəfəydi mətbuat konfranslarında suallarımıza qeyri-ciddi, ancaq əslində çox pafoslu cavablar verirdiz. Bir gün sizi acı faktlarla "mükafatlandıracağımızı" bilməliydiz.

...İndi gedin, milyonlarla manat büdcəsi olan "Bakı" ilə ÇL-də Sxadadzeli "Sioni"yə biabırçı məğlubiyyətinizi qoyun qabağınıza, yaxşıca fikirləşin. Ondan sonra Rednik və başqa hansısa məşqçi, yaxud klub haqda aşağılayıcı açıqlamalar verərsiz.

Məncə, ən yaxşısı, başınızı aşağı salıb, çalışmağınız, işləməyinizdi. İmkan olanda da komandaya sovet dövründən qalma proqramlarla yox, müasir inventarlara əsaslanan məşq keçin. Çünki "Neftçi" zəif və aciz işi haqq etmir...

Elçin CƏLİLOV

627 dəfə oxunub Share/Save/Bookmark
Şərhlər (6)
Rafiq / 27.10.2011 15:33

Ey firtianaman! 

Bes sen ALA YANDIR ifadesini eshitmisen?

firtianaman / 26.10.2011 11:20

rafiq teze mahni chixib eshitmisen? Mina oxuyur- dur hoppan

xeyrulla / 25.10.2011 22:24

Rafiq Elcin neyi yalan deyir ki?Belke hansisa fakti yalan yazib?

Mensur / 25.10.2011 22:02

heyif sene  ay NEFTCHI gor kimlerin umudune qalmisan  AZERBAYCANDA DUZE EMMELI  1 DENEDE OLSUN NE YERLI NEDE ECNEBI MEWCI YOXDU HAMISINI YIQIB TULLAMAQ LAZIMDI HEYIF DEYILDI DEMYANENKO

Rafiq / 25.10.2011 10:13

elchin celilov Siz  kimden heyifiniz varsa metbuat vasitesile onun evezini chixmaqa chalishmayin!Bu peshekarliqdan uzaqdir.Amma size peshekar demeye de adamin dili gelmir.Bir de...Azerbaycan futbolu Avropa futbolu,daha ne bilim ne futbolu ile muqayise edende milli jurnalistikani diger olkelerin jurnalistikasi ille de muqayise edin!Siz hele chox sheyi oyrenmelisiniz

donqili / 23.10.2011 16:23

Super Donqili mesqci- Zeif

Şərh yaz:
Ad/Soyad:

E-mail:

Şərhiniz:



Əlavə edilən şərhlər Azərbaycan Respublikası qanunlarına və etikaya zidd olarsa, administrator tərəfindən redaktə edilə və ya silinə bilər.
 
Yazarlar
"Qarabağ"dakı rejim... 
Elçin CƏLİLOV
Elçin CƏLİLOV
Nə oldu, Qurbanov? 
Xəndan ƏLİZADƏ
Xəndan ƏLİZADƏ
Foqtsun gündəliyi (Yekun)
Qismət RÜSTƏMOV
Qismət RÜSTƏMOV
"Oxu" meydanı
FİNALA LAYİQ İŞ (YAZI)
Xəbər-Xronika