
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | Neftçi | 32 | 20 | 3 | 9 | 55-30 | 63 |
| 2 | Xəzər L. | 32 | 17 | 8 | 7 | 44-28 | 59 |
| 3 | İnter | 32 | 16 | 8 | 8 | 29-21 | 56 |
| 4 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 5 | Qəbələ | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
| 6 | Bakı | 32 | 15 | 5 | 12 | 42-36 | 50 |
| 7 | AZAL | 31 | 11 | 8 | 12 | 43-44 | 41 |
| 8 | Rəvan | 31 | 9 | 11 | 11 | 36-37 | 38 |
| 9 | Kəpəz | 31 | 9 | 5 | 17 | 35-54 | 32 |
| 10 | Simurq | 31 | 7 | 10 | 14 | 26-41 | 31 |
| 11 | Turan | 31 | 6 | 7 | 18 | 25-39 | 25 |
| 12 | Sumqayıt | 31 | 6 | 6 | 19 | 25-49 | 24 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Bahodir Nasimov | Neftçi | 16 |
| 2 | Tales Şütz | AZAL | 10 |
| 3 | Yuri Fomenko | Kəpəz | 10 |
| 4 | Flavinyo | Neftçi | 10 |
| 5 | Zuheyr Benuahi | AZAL | 10 |
Yanal "FutbolPress"ə danışdı!
İki gün öncə xəbər verdik ki, milliyə yeni namizəd təklif olunub. AFFA-da Berti Foqtsun gedişiylə bağlı müzakirələr davam etməkdəykən, qurumun məsul şəxslərindən birinin yığma komandaya məhz Ərsun Yanalın namizədliyini irəli sürdüyünü bizə xəbər verən məlumatlı mənbə bildirmişdi ki, bu təklif daha real görünür.
Xəbərimiz doğrudu. (Link: "MİLLİYƏ SÜRPRİZ NAMİZƏD!"). Bir neçə gün əvvəl Türkiyənin bütün aşağı yaş qrupları üzrə millilərinin baş məşqçisi vəzifəsindən istefa verən gənc çalışdırıcının bu qərarı maraq doğurmaya bilməzdi. Əvvəlcə bildirək ki, Yanalın şəxsi meneceri Həmzə Balçı "FutbolPress"in analoji xəbərindən sonra yerli mediyaya açıqlamasında Yanalın Bakıya gələcəyini deyib.
Biz Yanalın özü ilə əlaqə qurmağa çalışırdıq və nəhayət, danışa bildik. Təcrübəli mütəxəssis "FutbolPress"ə açıqlamasında bunları dedi:
"Yəqin bilirsiz ki, mən Türkiyədəki işimdən istefa vermişəm. Ona görə yox ki, işlər qaydasında getmirdi. Sadəcə düşündüm ki, artıq yeni mərhələyə və başqa nəfəsə ehtiyac var, qərarımın səbəbi də bu idi. Qaldı ki Azərbaycan millisinə namizədliyim haqda xəbərlərə, açığı, buna yalnız sevindim. Ancaq heç bir təklif olmayıb. Mənə qardaş ölkədə işləmək xoş olar. Bakıya çoxdan bir səfər planım var idi. Bu, AFFA ilə danışıqlara aid deyil. Orada bir neçə klub aşağı yaşlarında türkiyəli məşqçilər çalışır. Gəlib oraları gəzmək, futbolunuzdakı dəyişikliyi, yenilikləri müşahidə etmək planım var. Bir problem çıxmasa, yaxın vaxtlarda Bakıya gələcəm".