
| # | Komanda | O | Q | H | M | T-F | X |
| 1 | İnter | 20 | 7 | 8 | 5 | 22-19 | 29 |
| 2 | Bakı | 20 | 7 | 7 | 6 | 19-15 | 28 |
| 3 | Qarabağ | 20 | 6 | 9 | 5 | 16-18 | 27 |
| 4 | Xəzər L. | 20 | 6 | 9 | 5 | 19-14 | 27 |
| 5 | Neftçi | 20 | 4 | 11 | 5 | 11-12 | 23 |
| 6 | Qəbələ | 20 | 4 | 8 | 8 | 18-27 | 20 |
| 7 | Olimpik Ş. | 20 | 10 | 6 | 4 | 27-15 | 36 |
| 8 | Simurq | 20 | 8 | 7 | 5 | 21-21 | 31 |
| 9 | Turan | 20 | 7 | 8 | 5 | 27-22 | 29 |
| 10 | Muğan | 20 | 7 | 6 | 7 | 17-16 | 27 |
| 11 | Standard | 20 | 7 | 4 | 9 | 26-23 | 25 |
| 12 | Karvan | 20 | 2 | 7 | 11 | 14-34 | 13 |
| # | Oyunçu | Komanda | Q |
| 1 | Fərid Quliyev | Standard | 16 |
| 2 | Anatoli Doroş | Olimpik-Ş. | 12 |
| 3 | Robertas Poşkus | İnter | 12 |
| 4 | Adrean Neaqa | Neftçi | 11 |
| 5 | Jaba | Bakı | 10 |
Frank Raykaard Hiddinkə vasitəçilik edəcək
Frank Raykaard Hiddinkə vasitəçilik edəcəkTürkiyə Futbol Federasiyasının prezidenti Mahmut Özgener və müavini Lütfi Arıboğan dünən Nyondan Amsterdama gedib, Quus Hiddinklə görüşüblər. Türkiyənin 2016-cı il Avropa çempionatına ev sahibliyinə namizdəliyini UEFA-ya təqdim edən rəsmilər Hiddinklə görüşüb rəsmi anlaşmaya nail olublar.
Görüşün bəzi detalları sabah federasiya tərəfindən açıqlanacaq, ancaq məlumata görə, Hiddinklə danışıqlar məsuldar alınıb. Bu ilin 30 iyulunadək Rusiya yığmasıyla müqaviləsi olan hollandiyalı mütəxəssisin həmin müddətədək bir neçə dəfə İstanbula gələcəyi, yığma komandanı və ümumiyyətlə, Türkiyə futbolu ilə daha yaxından tanış olacağı razılaşdırılıb. Türkiyədəki işinə rəsmən başladığı vaxtadək isə Hiddinkə bu işdə "Qalatasaray"ın baş məşqçisi Frank Raykaardın da vasitəçi olacağı müəyyənləşib.
Bu arada, Türkiyə millisinin martın 3-də Hondurasla İstanbulda keçiriləcək yoldaşlıq oyununa komandanı Oğuz Çətin hazırlayacaq. Danışıqlar zamanı o da məlum olub ki, Hiddinki köməkçilərindən biri holland, biri də Oğuz Çətin olacaq. Engin İpəkoğlu isə qapıçılar üzrə məşqi işləyəcək.